FED-in Atlanta üzrə sədri Rafael Bostic, uçot dərəcələrinin uzun müddət bu səviyyələrdə qalması lazım olduğunu bildirib.
İndex.az xəbər verir ki, məhdudlaşdırıcı pul siyasətinin inflyasiyanın yavaşlamasına dəstək olduğunu ifadə edən Bostic, uçot dərəcələrini artırmağa və ya azaltmağa tələsmədiklərini qeyd edib.
Son 18 ayda uçot dərəcələrini 500 bənddən çox artıran FED səlahiyyətlilərinin artımları davam etdirib-etməyəcəyi maraq doğurur.
