"JPMorgan"ın baş direktoru bir sıra açıqlamaları ilə gündəmə gəlib.

İndex.az xəbər verir ki, "JPMorgan"ın baş direktoru Xamye Dimon xəbərdar edib ki, Konqresdə federal borc tavanınının yaratdığı çıxılmaz vəziyyət və ABŞ-ın defolt potensialı ilə bağlı fikir ayrılığı maliyyə çaxnaşması yarada bilər.

"Panika mütləq məna kəsb etmir. İnsanların 2008-2009-cu illərdə olduğu kimi çaxnaşma yaşadıqlarını görürük. Mövcud siyasi vəziyyətə nəzər salsaq, zərərli iqtisadi nəticələrə səbəb olacaq bir səhv etmək ehtimalı yüksəkdir. Ümid edirəm ki, biz bu vəziyyətdən çıxacağıq".