ABŞ-da federal hökumət 31,4 trilyon dollarlıq borc həddinə çataraq nağd pul qıtlığı yaşayarkən, ABŞ prezidenti Bayden Ağ Evdə növbəti dəfə Konqres liderləri ilə görüşüb.

İndex.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ prezidenti Co Baydenlə borc limiti ilə bağlı görüşdə bildirib ki, borc limiti ilə bağlı həftənin sonuna qədər razılıq əldə oluna bilər.

Bağlı qapılar arxasında keçirilən iclasda Makkarti, Nümayəndələr Palatasının azlıq lideri Hakim Cefris, Senatda çoxluğun lideri Çak Şumer və Senatda azlıqların lideri Mitç Makkonnel iştirak ediblər.