"Booking.com" İspaniyada yüksək məbləğdə cərimələnib.

İndex.az xəbər verir ki, İspaniyanın antiinhisar nəzarəti orqanı "Booking.com"u ədalətsiz şərtlərə və rəqibləri məhdudlaşdırdığına görə 450 milyon dollar cərimələyib.

Qeyd edək ki, İspaniyada otellərə onlayn bron broker xidmətləri həyata keçirən onlayn turizm agentliklərinin 70-90%-i "Booking.com"dan istifadə edir.