"Boeing", təxminən 33 min işçisinə verdiyi maaş təklifini geri götürdüyünü açıqlayıb.

İndex.az xəbər verir ki, "Boeing" və həmkarlar ittifaqı bazar ertəsi və çərşənbə axşamı vasitəçilərlə danışıqların son mərhələlərini keçirib.

Lakin danışıqlar mənfi nəticələnib və tərəflər artıq məsələnin tezliklə həll olunacağına dair heç bir əlamətin olmadığını bildiriblər.

"Boeing Commercial Airplanes" şirkətinin prezidenti Stefani Pop işçilərə ünvanladığı memorandumda həmkarlar ittifaqının tələbləri müzakirə etmədiyini və həmkarlar ittifaqının təklifləri ciddi şəkildə nəzərdən keçirmədiyini bildirib.

Pop qeyd edib ki, bu nöqtədən sonra əlavə danışıqların mənası yoxdur.