İngiltərə Bankının (BOE) sədri Endryu Beyli İngiltərədə daimi inflyasiya riski ilə bağlı açıqlamalar verib.

İndex.az xəbər verir ki, İngiltərə Bankının (BOE) sədri Endryu Beyli Britaniya Ticarət Palatalarının İllik Qlobal Konfransında çıxışı zamanı bildirib ki, ərzaq qiymətlərinin yüksəlməsi və sıx əmək bazarı yaşayış xərcləri böhranının davam etməsinə səbəb ola bilər.

Beyli, Böyük Britaniyanın 2%-lik inflyasiya hədəfindən dönməyəcəyini bildirib.

Beyli bildirib ki, aşağı enerji xərcləri qiymət artımının sürətini azaltmağa kömək etdiyi üçün inflyasiya gələcək aylarda kəskin şəkildə aşağı düşəcək.