İngiltərə Bankının rəhbəri Endryu Beyli faiz artımları ilə bağlı açıqlamalar verib.

İndex.az xəbər verir ki, İngiltərə Bankının (BOE) qubernatoru Endryu Beyli İngiltərə faiz dərəcələrinin pik nöqtəyə yaxınlaşdığını və inflyasiya zəiflədikcə son 40 ilin ən aqressiv faiz artımlarının sona çatacağına ümid etdiyini bildirib:

"Faiz dərəcələri baxımından artıq dayanmalı olduğumuz bir nöqtəyə yaxınlaşırıq. Ancaq faiz artımını dayandırmaq üçün daha güclü dəlilləri hələ görməmişik. Biz Böyük Britaniya mərkəzi bankının ardıcıl 12-ci faiz artımını izləyirik. İnflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığı kimi kəskin şəkildə düşməyə başlayarsa, rəsmilər iyunun 22-də keçiriləcək növbəti iclasda fasilə verə bilərlər".