İngiltərə Bankı (BoE) bəzi riskli maliyyə aktivlərinin qiymətləndirilməsinin yüksək olduğunu bildirib.
İndex.az xəbər verir ki, BoE bəzi riskli maliyyə aktivlərinin qiymətləndirmələrinin kifayət qədər yüksək olduğu barədə xəbərdarlıq edib.
Bu da iqtisadi artımın yavaşlaması halında onların qiymətlərində böyük korreksiyaya (qiymətli kağızların qiyməti istiqamətində qüvvədə olan tendensiyaya qarşı yönəldilmiş müvəqqəti dəyişiklik) ehtiyacı olacağı ehtimalını artırır.
BoE qısa müddətdə qlobal iqtisadi artımın zəif olacağını, uçot dərəcələrinin uzun müddət yüksək qalacağını və maliyyə sisteminin yüksək faizin yaratdığı təzyiqlərə qarşı “qismən” həssas olacağını bildirib.
"Yüksək uçot dərəcələrinin, inflyasiya və iqtisadi artımla bağlı qeyri-müəyyənliklərin təsirini nəzərə alsaq, bəzi riskli maliyyə aktivlərinin qiymətləndirmələri kifayət qədər yüksəkdir. Bu vəziyyətin iqtisadi artıma mənfi təsir göstərən risklərin reallaşacağı təqdirdə daha yüksək qiymətlərə gətirib çıxarır. Bu, korreksiyaya ehtiyacı artırır. Belə hal, qlobal miqyasda şirkətlərin xərc və maliyyə imkanlarına birbaşa təsir göstərəcək".
