Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Suriyanın hökumətinin başçısı Əhməd Şəra qarşı sanksiyaların ləğvinə qərar verib.

İndex.az xəbər verir ki, qətnamə layihəsi ABŞ tərəfindən Şəraanın bazar ertəsi, noyabrın 10-da Ağ Evə səfərindən əvvəl təqdim edilib.

Vaşinqtonun BMT-dəki səfiri Mike Waltz BMT-nin Əsədin devrilməsindən sonra Suriyanın yeni dövrə qədəm qoyduğunu qəbul edən “güclü siyasi siqnal” göndərdiyini deyib.

Qeyd edək ki, Əhməd Şəra 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra müvəqqəti prezident seçilib.

Şəra daha əvvəl Əl-Qaidə ilə əlaqəsi olan İslamçı qrup Heyət Təhrir əl-Şamın (HTS) lideri kimi BMT-nin sanksiyaları altında idi. ABŞ isə iyul ayında HTS-ni xarici terrorçu qruplar siyahısından çıxarıb.