Birləşmiş Millətlər Təşkilatı (BMT) rekord səviyyəyə çatan 97 trilyon dollarlıq qlobal dövlət borcu ilə bağlı xəbərdarlıq edərək, xüsusilə inkişaf etməkdə olan ölkələrdə inkişafa təsir edən artıma qarşı beynəlxalq maliyyə sistemi çərçivəsində təcili islahatlara çağırıb.
İndex.az xəbər verir ki, inkişaf etməkdə olan ölkələrdə dövlət borcunun artım sürəti inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə çoxdur.
Xüsusilə Afrikada bir sıra ölkələrin borcu Ümumi Daxili Məhsulun (ÜDM) 60%-ni təşkil edir.
2013-2023-cü illərdə bu ölkələrin sayı 6-dan 27-yə yüksəlib.
İnkişaf etməkdə olan ölkələrin dövlət borcu kəskin artaraq 2023-cü ildə 29 trilyon dollara çatıb.
Bu borcun 75%-dən çoxunun Asiya və Okeaniya ölkələrinin, 17%-in Latın Amerikası və Karib hövzəsi ölkələrinin, 7%-nin isə Afrika ölkələrinin payına düşdüyü müşahidə edilib.
