Dünyanın ən böyük fond idarə şirkəti olan "BlackRock", bank böhranından sonra aktivlərinin 9 trilyon dolları keçdiyini açıqlayıb.

İndex.az xəbər verir ki, bir neçə ABŞ bankının müflis olması və əmanətçilərin qorunma tələbindən sonra səhm və istiqraz bazarlarının canlanması ilə "BlackRock"un aktivləri birinci rübdə 9,09 trilyon dollara yüksəlib.

Nyu-Yorkda yerləşən firmanın bütün fondlarına xalis axını 110 milyard dollar təşkil edib.

"BlackRock"dan bildirilib ki, bu rəqəmin 103 milyard dolları investisiya fondları və uzunmüddətli investisiya məhsullarından ibarətdir.

Analitiklər "BlackRock" fondlarına xalix axının 84,1 milyard dollar olacağını təxmin edirdi.