Dünyanın ən böyük fond idarə şirkəti "BlackRock" strateqləri uçot dərəcəsi ilə bağlı proqnozlarını bölüşüblər., bank sektorunda yaşanan qarışıqlıq səbəbiylə FED-in faiz endirimini gözləyən investorların səhvə yol verdiklərini açıqlayıb.

İndex.az xəbər verir ki, "BlackRock strateqləri" bildiriblər ki, investorlar bank böhranı ilə bağlı narahatlıqlar səbəbiylə FED-dən faiz endirimi gözləsələr də, FED faiz artırmağa davam edəcək.

Uei Li başda olmaqla strateqlərin paylaşdığı mətndə qeyd olunub ki, FED və digər Mərkəzi Bankların rəsmiləri bank sektorundakı problemlərə baxmayaraq inflyasiya ilə mübarizəni davam etdirəcəklər:

"FED yalnız ciddi bir kredit böhranı yaşanarsa və bu vəziyyət gözləniləndən daha dərin bir tənəzzülə səbəb olarsa, faizləri endirə bilər".

"Citigroup" iqtisadçısı Andriu Hollenhorst da inflyasiyanın yüksək olaraq qaldığını və FED-in prioritetinin inflyasiya ilə mübarizə olacağını bildirib.

ABŞ-da SVB-nin iflasından sonra Avropa Mərkəzi Bankı faiz dərəcələrini 50 baza bəndi, FED və İngiltərə Mərkəzi Bankları isə hər biri 25 baza bəndi artırıb.