İranın İsrailə pilotsuz uçan aparat hücumu təşkil etdiyi ilə bağlı açıqlamadan sonra kriptovalyutalar, xüsusilə "Bitcoin" və "Etherium" dəyər itirməyə başlayıb.

İndex.az xəbər verir ki, bazarın dominant kriptovalyutası olan "Bitcoin" təxminən 8% dəyər itirib.

Belə ki, bir neçə gündür 70 min dollar civarında olan "Bitcoin"in qiyməti müharibə xəbərinin ardından sürətlə ucuzlaşaraq 61 min dollara düşüb.

Qeyd edək ki, martın 14-də 73,794 dollarla ilin ən yüksək səviyyəsinə çatan "Bitcoin"ötən aya nəzərən 16,2% ucuzlaşıb.

"Ethereum"da isə dəyər itkisi 9,5%-ə çataraq təxminən 2,950 dollara enib.