"Bitcoin"in qiyməti keçən ilin may ayından bu yana ən yüksək həddə çatıb.

İndex.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ilk spot "Bitcoin" birja fondunu (ETF) təsdiqlədiyi üçün "Bitcoin"in qiyməti 11,5% artaraq 35.000 dollara qədər yüksəlib.

Aktiv menecerləri olan "BlackRock". və "Fidelity Investments" bu cür məhsulları təklif etmək üçün yarışanlar arasındadır.

Rəqəmsal aktiv nəhəngləri ETF-lərin kriptovalyuta qəbulunu genişləndirəcəyini iddia edirlər.