"Bitcoin" son iki həftədir sürətlə yüksəlir.
İndex.az xəbər verir ki, "Bitcoin" 2%-dən çox dəyər qazanaraq 36 000 dollar olub.
FED dünən uçot dərəcələrini sabit saxladıqdan sonra, FED sədri Cerom Pauelin çıxışı kriptovalyuta investorları tərəfindən müsbət qiymətləndirildi və "Bitcoin"in yüksəlməsinə şərait yarandı.
Bu gün səhər saatlarında kriptovalyutanın dəyəri bir qədər ucuzlaşaraq 35,300 dollara düşüb.
