ABŞ-da zəif məşğulluq məlumatları FED-in sərtləşdirmə dövrünün başa çatdığına dair gözləntiləri artırıb.

İndex.az xəbər verir ki, bu isə bazarda risk iştahını yüksəlib.

Belə olduqda bir çox varlı insanlar sahib olduqları sərvətlərini daha da artırdılar.

İndex.az bazarda risk iştahı artdıqca sərvəti bir gündə 1 milyard dollar artan zənginləri sizə təqdim edir:

Sergey Brin - 1 milyard dollar

"Google"un ortağı olan Sergey Brinin bazar ertəsi günü sərvəti 1 milyard dollar artdı. Brin ümumi sərvəti 111,5 milyard dollardır və o, dünyanın 10-cu ən varlı adamıdır.

Pragojo Pangestu - 1 milyard dollar

İndoneziyalı milyarder Pangestuun da sərvəti məşğulluq məlumatlarından sonra bir gün ərzində 1 milyard dollar artıb. Pangestunun 18 milyard dollar sərvəti var.

Larri Peyc - 1,1 milyard dollar

"Google"un digər ortağı Peyc, sərvətinə 1,1 milyad dollar əlavə edib. Peyc, 117,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən zənginləri siyahısında 7-ci sırada qərarlaşıb.

Larri Ellison - 1,1 milyard dollar

"Oracle"nin sahibi Larri Ellison bir gün ərzində sərvətini 1,1 milyard dollar artıraraq 122,7 milyar dolara yükseldib.

Ma Huatenq - 1,1 milyard dollar

Çinli biznesmen Ma Huatenq də servətini 1,1 milyard dollar artışla 36,1 milyard dollara çatdırıb.

Stiv Balmer - 1,2 milyard dollar

"Microsoft"un ortaqlarından biri olan Stiv Balmer, sərvətini 1,2 milyard dollar artışla 123,3 milyar dolara yüksəldib. Balmer, "Bloomberg Milyarderler İndeksi"nde 5-ci sıradadır.

Cef Bezos - 1,3 milyard dollar

"Amazon"un rəhbəri Cef Bezos bu müddət ərzində sərvətini 1,3 milyard dollar artırıb. Bezosun sərvəti 163,5 milyard dollara yüksəlib.

Zenq Yuqun - 1,4 milyard dollar

Asiyadakı son yüksəlişdə sərvətini ən çox artıran şəxs Çinli Zenq Yuqun olub. Yuqunun sərvəti 1 gündə 1,4 milyard dollar artaraq 28,4 milyard dollara çatıb.

Maykıl Del - 1,6 milyard dollar

Son yüksəlişdən ən çox həzz alan şəxs "Dell"in rəhbəri Maykl Dell olub. Belə ki, "Dell"in sərvəti 1 gündə 1,6 milyard dollar artıb. Dell 66,9 milyard dollar sərvətlə 18-ci yerdədir.