Alman biotexnologiya firması "BioNTech"in xalis mənfəəti ilin birinci yarısında azalıb.

İndex.az xəbər verir ki, "BioNTech"dən verilən açıqlamada bildirilib ki, bu ilin ilk yarısında şirkətin ümumi gəliri 1 milyard 444,7 milyon avro, ümumi xalis mənfəəti isə 311,8 milyon avro olub.

Ötən ilin birinci yarısında şirkətin ümumi gəliri 9 milyard 571,1 milyon avro, ümumi xalis gəliri isə 5 milyard 370,8 milyon avro idi.

Açıqlamada, "BioNTech"in bu ilin ikinci rübündə ümumi gəlirinin 167,7 milyon avro, xalis zərərinin isə 190,4 milyon avro olduğu qeyd edilib.