"Binance US", "Voyager Digital"ın aktivlərini almaq üçün tərtib olunmuş müqavilədən imtina edib.
İndex.az xəbər verir ki, "Binance" kriptovalyuta birjasının ABŞ-dakı törəmə şirkəti "Binance.US", iflas etmiş kriptovalyuta broker firması "Voyager Digital"ın aktivlərini almaq üçün 1,3 milyard dollarlıq sövdələşməni ləğv edib.
"Voyager" vəkilləri bildiriblər ki, şirkət "Binance.US"un ödədiyi 10 milyon dollarlıq əmanətlə bağlı bütün hüquqları özlərində saxlayıblar.
"Binance.US" sözçüsü isə iddia edir ki, ABŞ-dakı qeyri-müəyyən tənzimləmə iqlimi bütün Amerika biznesinə təsir edən gözlənilməz iş mühiti gətirdiyindən bu müqavilədən imtina etməli olublar.
Qeyd edək ki, ABŞ-da yerləşən kriptovalyuta broker şirkəti "Voyager Digital" keçən ilin iyul ayında iflasını elan etmişdi.
