"Microsoft"un sahibi Bill Qeyts bir sıra açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

İndex.az xəbər verir ki, "Microsoft"un təsisçisi Bill Qeyts süni intellektin alış-veriş saytları, eləcə də, axtarış sistemlərini əvəz edəcəyini və texnologiya yarışında bu mərhələnin əhəmiyyətli olduğunu bildirib:

"Bir daha heç vaxt axtarış saytına və ya "Amazon"a girməyəcəksiniz".

San-Fransiskoda "Goldman Sachs" və "SV Angel" tərəfindən təşkil edilən "AI Forward 2023" tədbirində çıxış edən Qeyts "Microsoft"un yarışda olmamasından məyus olacağını, lakin startapı ən yaxşı oyunçunun qazanacağını söylədi.