Beynəlxalq Enerji Agentliyi (BEA) bu il üçün qlobal neft tələbi proqnozunu artırıb.

İndex.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) bu il üçün qlobal neft tələbi proqnozunu gündə 200 min barel artıraraq, Çin iqtisadiyyatının gözlənildiyindən daha sürətli bərpası ilə tələbin yaxşılaşdığına işarə edib.

BEA-nın bu gün açıqladığı aylıq neft bazarı hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 200 min barel artaraq 102 milyon barrelə çatacağı gözlənilir.

OECD regionunda tələbatın əvvəlki ilə nisbətən 349 min barel artaraq sutkada 46 milyon 300 min barrel, qeyri-OECD ölkələrində isə 1 milyon 860 min barrel artımla gündəlik 55 milyon 710 min barel olacağı hesablanır.