"Beynəlxalq Enerji Agentliyi" (BEA) 2024-cü il üçün neft tədarükünün artımı proqnozunu sutkada 300 min barel artıraraq 1,5 milyon barrelə çatdırıb.

İndex.az xəbər verir ki, BEA qlobal neft hasilatının dekabr ayında əvvəlki ayla müqayisədə gündəlik 490 min barrel azalaraq 102 milyon 270 min barelə düşdüyünü bildirib.

BEA-nın dekabr ayı üzrə neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) xam neft hasilatı dekabr ayında gündəlik təxminən 50 min barel artaraq 27 milyon 20 min barelə çatıb.

OPEK-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik 540 min barel azalaraq təxminən 69 milyon 750 min barelə çatıb.

Buna görə qlobal neft hasilatı dekabr ayında gündəlik 490 min barrel azalaraq 102 milyon 270 min barelə enib.