İyul ayının 27-də saat 16:00-da "Facebook" sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin canlı yayımı planlaşdırılır.

“Azəriqaz” IB-dən İndex.az-a verilən məlumata görə, qaz təsərrüfatına dair istənilən sualı canlı yayımda baş direktora ünvanlaya bilərsiniz.