"Bank VTB" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 7.255 milyon manat azalaraq 231.238 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 238.493 milyon manat təşkil edib.
Bankın kredit portfelinin həcmi 184.260 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 159.775 milyon manat kredit verildiyini nəzərə alsaq, 24.485 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 75.846 milyon manat, biznes kreditlərinin payı 61.497 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 46.917 milyon manat təşkil edib.
Beləliklə, bankın kredit portfelinin 41%-dən çoxunu biznes kreditləri təşkil edir.
3-cü rübün sonuna "Bank VTB"nin depozit portfeli 71.839 milyon manat olub. İlin əvvəlində bu göstərici 94.851 milyon manat idi.
Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 12.724 milyon manat azalaraq 51.069 milyon manat olub.
Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 31.058 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 10.289 milyon manat azalaraq 20.769 milyon manata enib.
Hesabatdan görünür ki, "Bank VTB"nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 7.658 milyon manatdan 10.151 milyon manata çatıb (2.493 milyon manat artım).
Bankın nizamnamə kapitalı dəyişməyib - 315.815 milyon manat təşkil edib.
Hesabat dövründə "Bank VTB" faiz gəlirləri 20.146 milyon manat, faiz xərcləri isə 5.015 milyon manat təşkil edib.
"Bank VTB" mümkün zərərlər üçün 7.274 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.
Bankın dövr üzrə xalis mənfəəti 8.643 milyon manata yüksəlib.
"Bank VTB"ın məcmu kapitalı isə 82.272 manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.
Xatırladaq ki, "Bank VTB" 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayıb. VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun üzvüdür.
