Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 772,3 milyon manat xalis mənfəət əldə edib.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.
8 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 742,1 milyon manat (1 il əvvələ nisbətən 19,2% çox), əməliyyat xərcləri 2 milyard 557,9 milyon manat (25,5% çox), xüsusi ehtiyatlara ayırmaları 239,3 milyon manat (25,1% çox), gözlənilməz gəlirləri 2,5 milyon manat (4,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 175,1 milyon manat (6,6% az) təşkil edib.
