Ölkənin ikinci ən böyük bankı olan "Bank of America"nın mənfəəti üçüncü rübdə müştərilərin faiz ödənişlərindən əldə edilən gəlirin azalması ilə azalıb.

İndex.az xəbər verir ki, bu dövrdə bankın mənfəəti 6,90 milyard dollara qədər azalıb. Səhm üzrə mənfəət isə 81 sent olub.

Bank ötən ilin eyni dövründə 7,8 milyard dollar mənfəət əldə edib. Həmin dövrdə hər səhm üçün mənfəət 90 sent olub.

Bankın kreditlərdən əldə etdiyi məbləğlə depozitlər üzrə ödədiyi məbləğ arasındakı fərq analitiklərin hesablamalarına uyğun olaraq 3% azalaraq 13,97 milyard dollara çatıb.

İnvestisiya bankçılığından əldə olunan gəlirlər təxminləri 1,40 milyard dollar üstələyib.