ABŞ-da "Bank of America"nın gəlirləri gözləntiləri üstələyib.
İndex.az xəbər verir ki, "Bank of America"nın birinci rüblük mənfəəti 7,66 milyard dollardan 8,16 milyard dollara yüksəlib.
Səhm üzrə mənfəət isə 94 sent təşkil edib. Səhm üzrə mənfəətin 82 sent olacağı gözlənilirdi.
Bankın gəlirləri əvvəlki illə müqayisədə 13% artaraq 26,26 milyard dollara çatıb.
Valyuta, sabit gəlirli alətlər və əmtəə əməliyyatları, uçot dərəcələrinin artması ilə əlaqədar olaraq birinci rübdə 30% artaraq 3,4 milyard dollara çatıb.
Bu, bankın mənfəətinin təxminləri üstələməsində əsas rol oynayan amil olub.
Bankın xalis faiz gəliri ilk üç ayda 25% artaraq 14,4 milyard dollara çatıb. Analitiklər 24% artım gözləyirdilər.
“Goldman Sachs” bankının birinci rüb gəlirləri isə təxminlərdən aşağı olub.
Birinci rübdə bankın xalis mənfəəti 18% azalaraq 3,23 milyard dollar təşkil edib.
Səhm üzrə mənfəət 8,79 dollar olub. Səhm üzrə mənfəətin 8,21 dollar olacağı təxmin edilirdi.
Xalis gəlir 5% azalaraq 12,22 milyard dollar olub. Xalis gəlirin 12,8 milyard dollar olacağ gözlənilirdi.
Xalis faiz gəliri 1,78 milyard dollar təşkil edib.
İnvestisiya bankçılığının gəlirləri 26% azalaraq 1,58 milyard dollara düşüb. Bu gəlirlərin daha çox düşərək 1.54 milyard olacağı gözlənilirdi.
Mart ayında ABŞ-da 2 bankın müflis olması bazarları silkələdi. İflaslar bankların səhmlərinin kəskin azalmasına və əmanətlərin daha iri banklara köçürülməsinə səbəb oldu.
