Bu ilin yanvar-mart aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,6 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən 3 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,5 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,6 %-ini əsaslı təmir, 4 %-ini cari təmir, 3,9 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 81,4 %-ini inşa, yenidənqurma və bərpa, 7,7 %-ini əsaslı təmir, 5,9 %-ini cari təmir, 5 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.
