Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

İndex.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata əsasən, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.