Azərbaycan Dəmir Yolları (ADY) QSC yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

İndex.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.