"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən dəmir yollarında aparılan təmir işləri səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.

İndex.az ADY-yə istinadən xəbər verir ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.

686d0d03b7ff8686d0d03b7ff91751977219686d0d03b7ff4686d0d03b7ff7.jpg 305.03 KB