Milyarder investor Uarren Baffetin şirkəti “Berkshire” seyfindəki pul vəsaitləri rekord həddə çatıb.
İndex.az xəbər verir ki, şirkətin investisiya strategiyasına uyğun variantların olmaması səbəbindən şirkət, bu dövrdə nağd pula daha çox üstünlük verib.
Şirkət, həmçinin, daha yüksək uçot dərəcələrinin pul vəsaitlərinə təsirindən və sığorta bizneslərində qazanclardan faydalandığı üçün əvvəlki ilə nisbətən sıçrayış göstərərək 10,76 milyard dollar əməliyyat mənfəəti əldə edib.
Son illərdə “Berkshire”nin satın almaları təkmilləşdirilsə də, şirkət böyük sövdələşmələr əldə etməkdə çətinlik çəkdi.
Bu isə, şirkətdə daha çox pul yığılmasına şərait yaratdı.
