Uorren Baffet Yaponiya şirkətlərinə yeni investisiyalar qoyacağını bildirib.

İndex.az xəbər verir ki, "Berkshire Hathaway"in baş direktoru Uorren Baffet "Nikkei"ə verdiyi müsahibədə bildirib ki, beş böyük Yapon şirkətinə əlavə sərmayə qoyacaq.

Elandan sonra Yaponiyada günortadan sonra keçirilən iclasda "Mitsubishi"nin 2,7%, "Mitsui"nin 2,6%, "Itochu"nin 2,5%, "Marubeni"nin 3,7%, və "Sumitomo"nun dəyəri 2,7% artıb.

Baffet bildirib ki, həftə ərzində bizneslə bağlı fikir mübadiləsi aparmaq və dəstəklərini vurğulamaq üçün həmin şirkətlərlə görüşməyi planlaşdırır.