Uarren Baffet ABŞ iqtisadiyyatı ilə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, "Berkshire Hathaway"in CEO-su Uarren Baffet 2023-cü ildə şirkət gəlirlərinin düşməsinə diqqət çəkərək ABŞ iqtisadiyyatının ən yaxşı dövrünün sona çatdığını bildirib.
Baffet fikrincə, ABŞ və Çin bir-birini çox sıxışdırmamalıdır.
"Berkshire Hathaway"in baş direktoru nəzarət etdiyi kapitalı Tayvanda yox, Yaponiyada yerləşdirməyə üstünlük verdiyini və geosiyasi səbəblərin onun firmasının çip istehsalında payını azaltmasına təəssüfləndiyini bildirdi.
