"Azfinance İnvestisiya Şirkəti” QSC-yə yeni direktor təyin olunub.
İndex.az-ın əldə etdiyi məlumata görə, bu, Pərvanə Qasımovadır.
O, indiyə qədər maliyyə qurumunun direktor müavini olub və yeni vəzifəsində İntiqam Səfərəliyevi əvəz edib. Keçmiş direktor həm də "Azfinance"in səhmlərinin 15 %-nə nəzarət edirdi. Səhmlərin qalan 85 %-i isə Abid Mamedova (Müşahidə Şurasının sədri) məxsus idi. Hər iki şəxs avqustda paylarını dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group”a satıb.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır.
