"Azərsu" ASC Bilgəh və Goradil qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Index.az xəbər verir ki, 6 milyon 387.073 min manatlıq tenderin qalibi "Eren İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin Azərbaycandakı filialı olub.
Xatırladaq ki, həmin şirkət bundan əvvəl "Azərsu" ASC-nin "Ağ Şəhər" layihəsi çərçivəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması işlərinin satın alınması üzrə 29 milyon 681.163 min manatlıq tenderi qazanıb (17.06.2022).
Mənbə - FED.az
