Bu ilin yanvar ayında “Azərenerji” ASC 354 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Məlumata görə, bu, 2024-cü ilin ilk ayı ilə müqayisədə 28 milyon 346 min ABŞ dolları və yaxud 81,07 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.
