Bu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 408 mənzil alıblar.

İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk yarım ili ilə müqayisədə olaraq 69 mənzil və ya 20,3 % çoxdur.

Təkcə iyun ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 71 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 20 mənzil və ya 39,2 % çoxdur.

İyun ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin birinci yarım ilində Türkiyədə xarici vətəndaşlara 9 410 mənzil satılıb. Bu, 2024-cü eyni dövrü ilə müqayisədə 1 138 mənzil və ya 10,8 % azdır.

Təkcə iyunda isə xaricilər Türkiyədə 1 579 mənzil alıblar ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə olaraq 123 mənzil və ya 8,4 % çoxdur.

Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 6 ay ərzində 1 655 mənzil satılıb. Bu, ötən ilin ilk 6 ayı ilə müqayisədə 768 ədəd və ya 31,7 % azdır.

Təkcə iyunda isə rusiyalılar Türkiyədə 326 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 6 ədəd və ya 1,8 % azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. Onlar bu ilk yarım ilində bu ölkədə 818 mənzil satılıb ki, bu da illik müqayisədə 252 ədəd və ya 23,6 % azdır.

İyun ayında iranlılara 109 mənzil satılıb ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 47 mənzil və ya 30,1 % azdır.

İlk 3-lüyü isə Ukrayna qapadır. Yanvar-iyun aylarında Ukrayna vətəndaşları Türkiyədə 648 mənzil sahib olublar. Bu da 2024-cü ilin 6 ayı ilə müqayisədə 77 mənzil və ya 10,6 % azdır.

İyun ayında isə ukraynalılar iranlıları qabaqlayaraq ikinci pillədə yer tutublar. Belə ki, ötən ay ukraynalılar Türkiyədə 111 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 9 mənzil və ya 8,8 % çoxdur.