2022-ci ildə Azərbaycanda inflyasiya 14% idisə, 2023-cü ildə orta hesabla 12% olacaq.

Bu barədə  “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.

Bildirilib ki, inflyasiya bundan sonra 2025-ci ilə qədər tədricən 5%-ə enməlidir.

Agentlik bildirib ki, buna cavab olaraq, Azərbaycan Mərkəzi Bankı pul siyasətini ardıcıl olaraq sərtləşdirir.