2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9%, qeyri neft-qaz sektorunda isə 7,1% artmışdır.
ÜDM istehsalının 37,1%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 19,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olmuşdur.
