2024-cü ilin 2-ci rübü ərzində "Azər-Türk Bank"ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübü ərzində bankın kredit portfelinin həcmi 751.594 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank tərəfindən müştərilərə 406.834 milyon manat kredit verildiyini nəzərə alsaq, 344.760 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 60.018 milyon manat artaraq 267.945 milyon manat, biznes kreditləri 254.028 milyon manat artaraq 298.288 milyon manat, daşınmaz əmlak kreditləri isə 30.714 milyon manat artaraq 185.361 milyon manat təşkil edib.

Beləliklə, "Azər-Türk Bank"ın kredit portfelinin 35,6%-dən çoxunu biznes kreditləri təşkil edir.

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4%-i Türkiyənin “Zıraat Bank”ına, 1,1%-i “Zıraat Bank İnternational”a, 6,5%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. Prezident İlham Əliyevin bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.