“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 4-dən Bakı-Səmərqənd-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.

İndex.az xəbər verir ki, bu barədə  aviaşirkətin Marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə məlumat verib.

“AZAL beynəlxalq uçuşların coğrafiyasını genişləndirir və oktyabrın 4-dən Bakı-Səmərqənd-Bakı marşrutu üzrə uçuşlara başlayır”, - deyə o bildirib.

F.Hacızadə qeyd edib ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.

Daha əvvəl AZAL Səmərqəndə uçuşların çərşənbə axşamı və cümə günləri həyata keçiriləcəyi ilə bağlı məlumat vermişdi.

AZAL, həmçinin yaxın vaxtlarda Bakı-Daşkənd marşrutu üzrə və əks istiqamətdə reyslərin tezliyinin həftədə 5 dəfəyə çatdırılmasını planlaşdırır.

Mənbə  - İnterfaks-Azərbaycan