"World of Statistics" müxtəlif ölkələrdə insanların 85 m² mənzil üçün ödədiyi aylıq kommunal ödənişləri araşdırıb.
İndex.az xəbər verir ki, aparılan araşdırmaya görə, 85 m² mənzil üçün aylıq 346 dolların ödənildiyi Avstriya siyahıda lider olub.
İndex.az aylıq kommunal xərclərin ən yüksək olduğu ölkələri sizə təqdim edir:
1. Avstriya: 346 dollar
2. Latviya: 333 dollar
3. Almaniya: 324 dollar
4. Böyük Britaniya: 323 dollar
5. Çexiya: 281 dollar
6. Estoniya: 281 dollar
7. İsveçrə: 270 dollar
8. Polşa: 255 dollar
9. Sloveniya: 249 dollar
10. Niderland: 238 dollar
