Uzun müddətdir ki, Ayın içərisində nə olduğu ilə bağlı araşdırmalar aparılırdı.

İndex.az xəbər verir ki, may ayında nəşr olunan hərtərəfli araşdırmada bildirilib ki, Ayın daxili nüvəsi əslində dəmirə bənzər sıxlığa malik möhkəm bir kürədən ibarətdir.

Tədqiqatçılar ümid edirlər ki, bu tapıntı Ayın nüvəsinin bərk və ya ərimiş olması ilə bağlı uzun müddətdir davam edən mübahisələri həll etməyə kömək edəcək.

Bu isə Ayın və Günəş sisteminin tarixinin daha dəqiq başa düşülməsinə səbəb olacaq.

Tədqiqat qrupu müəyyən edib ki, Ayın nüvəsi Yerin nüvəsinə çox bənzəyir. Belə ki, xaricdə maye təbəqə, içəridə isə bərk nüvə var.

Onların modelləşdirmələrinə görə, xarici nüvənin radiusu təxminən 362 kilometr, daxili nüvənin radiusu isə təxminən 258 kilometrdir.

Bu, Ayın bütün radiusunun təxminən 15%-nə uyğundur. Komandanın tapdığı daxili nüvənin sıxlığı hər kubmetr üçün təxminən 7,822 kiloqramdır. Bu isə, dəmirin sıxlığına çox yaxındır.