Bu ilin payızından Şuşada 45 binanın tikintisinə başlanılıb.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, binalar 2027-ci ilin əvvəlində təhvil veriləcək: "İndiyə qədər 1 411 nəfər, yəni 380 ailə Şuşaya köçüb".