Avstraliyada fevral ayına olan inflyasiya səviyyəsi açıqlanıb.
İndex.az xəbər verir ki, Avstraliyanın inflyasiya səviyyəsi fevral ayında gözləntilərin altında qalaraq 6,8% olub.
Qeyd edək ki, yanvar ayında inflyasiya 7,4% idi və buna uyğun olaraq iqtisadçıların fevral ayı üzrə gözləntiləri inflyasiyanın 7,1% olacağı idi.
Ölkənin Statistika Bürosunun məlumatına görə, qiymət artımı ən çox mənzil, qida və sərinləşdirici içkilər və nəqliyyatda baş verib.
Açıqlanan inflyasiya məlumatları və pərakəndə satış məlumatları Avstraliya Ehtiyat Bankının aprel ayında uçot dərəcələrini artırıb-artırmamaq qərarında əsas rol oynayacaq.
