Avstraliyada ilin birinci rübündə inflyasiya ötən illə müqayisədə zəifləyib.

İndex.az xəbər verir ki, Avstraliyada 2023-cü ilin birinci rübündə inflyasiya 7,8%-dən illik 7%-ə düşüb.

Bu, həmçinin 2021-ci ildən bəri "İstehlak Qiymətləri İndeksi"ndə ardıcıl beş artım silsiləsinin sonu oldu.

Ölkənin Statistika Bürosu bildirib ki, 2023-cü ilin ilk rübündə ən çox töhfəni 9,7% ilə daxili tətil səyahətləri 4,7% ilə artmış ali təhsil və daxili tətil səyahətləri həmçinin 14,3% ilə artan qaz və məişət yanacağı xərcləri verib.