Avstraliya Ehtiyat Bankı (AEB) faiz artımını dayandırıb.

İndex.az xəbər verir ki, AEB 10 iclasdır davam etdirdiyi faiz artımını dayandırıb və uçot dərəcəsini 3,6%-də sabit saxlayıb.

Bu, AEB-nin 2022-ci ilin aprelindən bəri faiz artımındakı ilk fasilədir.

AEB əvvəlki 10 iclasda uçot dərəcəsini ümumi olaraq 350 baza bəndi yüksəltmişdi.

Avstraliya dolları bu addımdan sonra AŞB dollarına nisbətdə 0,6782 dollar azalıb