Avstraliya Ehtiyat Bankı (RBA) uçot dərəcəsini yenidən artırıb.

İndex.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı çərşənbə axşamı bazarın gözləntilərinin əksinə olaraq uçot dərəcəsini 25 əsas bənd artırıb 4,1%-ə çatdırdı.

İqtisadçılar mərkəzi bankın uçot dərəcələrini sabit saxlayacağını gözləyirdilər.

Avstraliya dolları qərardan qısa müddət sonra ABŞ dolları qarşısında 0,73% artaraq 0,6667 səviyyəsinə yüksəldi.

Avstraliya səhmləri isə 1,14% ucuzlaşıb.