Avqust ayında Avrozonada sənaye istehsalı artıb.
İndex.az xəbər verir ki, Avrozonada sənaye istehsalı avqust ayında əvvəlki ayla müqayisədə 1,8% artım göstərib.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 0,1% təşkil edib.
Bazar gözləntiləri Avrozonada sənaye istehsalının aylıq 1,8% artacağı, illik isə 1% azalacağı idi.
