Avrozonada korporativ kredit tələbinin son 2 ildə ilk dəfə artdığı bildirilib.
İndex.az xəbər verir ki, paylaşılan hesabata görə, Avrozonada şirkətlərin kredit tələbi ilin üçüncü rübündə mülayim artım nümayiş etdirib.
Avropa Mərkəzi Bankının hesabatla bağlı verdiyi açıqlamada, bankların iki ildən artıqdır sərtləşən şirkətlər üçün kredit standartlarını üçüncü rübdə dəyişmədiyi bildirilib.
Açıqlamada ötən ilə nisbətən aşağı faizlərin şirkətlərin kredit tələbini artırdığı bildirilib.
